Prezident təsdiqlədi: Bu şəxslər vizadan azad olundu

Prezident  təsdiqlədi: Bu şəxslər vizadan azad olundu
  08 Mart 2018    Oxunub:1825
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Saziş 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Viza  





Xəbər lenti