Ölkəmizə gələn əcnəbilərin sayı 12,3 faiz artıb

Ölkəmizə gələn əcnəbilərin sayı 12,3 faiz artıb
  08 Mart 2018    Oxunub:1262
Azərbaycana cari ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş gəlib.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 təşkil edib. Onlardan 103 245 Rusiya, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri, 71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8 faiz və 7.9 faiz təşkil edib.

2017-ci ilin 2 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 təşkil edib ki, onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında gəlib. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12,3 faiz) nəfər çox xarici vətəndaş gəlib.

AzVision.az


Teqlər: Turist   Əcnəbi   Statistika  





Xəbər lenti