Peruda dəhşətli qəza: 11 ölü, 50 yaralı

Peruda dəhşətli qəza: 11 ölü, 50 yaralı
  08 Mart 2018    Oxunub:1434
Peruda avtobusun dərəyə aşması nəticəsində 11 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Ayakuço regionunda baş verib.

Avtobusun 100 metr hündürlükdən dərəyə yuvarlandığı bildirilir. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Peru   Qəza  





Xəbər lenti