“Zeytun budağı” may ayına qədər bitəcək - Çavuşoğlu

“Zeytun budağı” may ayına qədər bitəcək - Çavuşoğlu
  08 Mart 2018    Oxunub:1687
May ayına qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı başa çatacaq.
AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə həmçinin Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq: “İraqla sərhəddə PKK-ya qarşı əməliyyat olacaq və İraq rəhbərliyi ilə birlikdə həyata keçiriləcək. Afrin hərəkatı bitməsə də iki əməliyyatı eyni vaxtda aparacaq gücümüz var”.

AzVision.az



Teqlər: Türkiyə   Afrin   İraq  





Xəbər lenti