Yol polisi xanım sürücülərə hədiyyə payladı - FOTOLAR

Yol polisi xanım sürücülərə hədiyyə payladı - FOTOLAR
  08 Mart 2018    Oxunub:16396
Yol polisi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb.

Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər “Nümunəvi xanım sürücü” kimi mükafatlandırılıblar.


















Teqlər: DYP   8-Mart   Sürücü   Hədiyyə  





Xəbər lenti