Polis şöbəsində intihara cəhd - Özünü 3-cü mərtəbədən yerə atdı

Polis şöbəsində intihara cəhd - Özünü 3-cü mərtəbədən yerə atdı
  08 Mart 2018    Oxunub:1568
Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb.

Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Tovuz   Polis-İdarəsi   İntihar  





Xəbər lenti