Ötən gün 72 cinayət faktı qeydə alınıb

Ötən gün 72 cinayət faktı qeydə alınıb
  09 Mart 2018    Oxunub:1305
Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti