Gültəkin Hacıbəylinin mənimsədiyi milyonluq mülklərin sənədləri - FOTOFAKT

Gültəkin Hacıbəylinin mənimsədiyi milyonluq mülklərin sənədləri - FOTOFAKT
  09 Mart 2018    Oxunub:26144
Avropa.info saytı ötən saylarında özünü qaragüruh müxalifətin “Mat Tereza”sı hesab edən Gültəkin Hacıbəylinin millət vəkili olduğu dövrdə dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirdiyi barədə sensasion yazı dərc etmişdi.
Hacıbəylinin deputat olduğu dövrdə etdiyi qanunsuzluqların miqyasını dəyərli oxucunun diqqətinə çatdırmaq üçün onun ələ keçirdiyi mülklərin siyahını bir daha xatırladırıq:

Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;
Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;
Goradil kəndində 30 sot torpaq sahəsi;
Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;
Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;
Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;
Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;
Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 “A” ünvanında mənzil.


Bu yazıdan dərhal sonra Gültəkin Hacıbəyli facebook sosial şəbəkəsində nə qədər sakit görünməyə cəhd etsə də, əslində, isterik vəziyyətdə bu mülklərə sahib olmadığını yazdı. Qadın deputat imtiyazlarından istifadə edərək, qanunsuz şəkildə ələ keçirdiyi mülkləri faktlarla ortaya qoyan Avropa.info saytını düşdüyü mühitə (Milli olmayan Şura nəzərdə tutulur -red) uyğun şəkildə təhqir etməkdən çəkinmir. Əlbəttə, biz Hacıbəylidə şüurun inversiyası prosesinin baş verdiyinin müşahidə olunduğunu yazmışdıq. Bəlkə Gültəkin altsheymer xəstəliyindən əziyyət çəkir? Yoxsa, Hacıbəyli adlı-sanlı biznes adamlarının belə həsəd apara biləcəyi mal-mülkə sahib olduğunu və bu var-dövləti deputatlıq zamanı qanunsuz yollarla ələ keçirdiyini unudub?

Xeyr, bu qadın sadəcə ağ yalanla özünü təmizə çıxarmağa çalışır. Özü də təkcə xalqa deyil, qarşısında alovlu çıxışlar etdiyi kiçik auditoriyaya da yalan danışır. Lakin bu yalan uzun ömür sürə bilməzdi. Beləliklə, Avropa.info saytı Gültəkin Hacıbəylinin sadaladığımız mülklərə sahib olduğunu təsdiq edən hüquqi sənədlərin bir qismini dəyərli oxucuların diqqətinə təqdim edir:





Gültəkin Hacıbəyli deputat olduğu dövrlərdə qanunsuz yollarla əldə etdiyi mülkləri klassik hiyləgərliklə “qanuniləşdirməyə” cəhd edib. Hacıbəyli əldə etdiyi mülklərin bir hissəsini atası Yunis Hacıyevin, qardaşı Rauf Hacıyevin və bacısı Aytən Hacıyevanın adına keçirib.

Lakin bu mülklərin çoxunun eyni vaxtda əldə edilməsi və məhz Gültəkin Hacıbəylinin deputatlıq dövründə mənimsənilməsi, reallıqda həmin mülklərin əsl sahibinin kim olduğunu müəyyənləşdirməkdə çətinlik yaratmır.

Fikir verin, 2007-ci ilin 2 noyabr tarixində Abşeron rayonu Mehdiabad qəsəbəsində 3 vətəndaşın 4 sotluq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyatdan keçib. Kimdir bu vətəndaşlar? Təbii ki, Gültəkin Hacıbəylinin atası, qardaşı və bacısı. Buyurun, sənədlərə diqqət yetirin:




Yaxud 2009-cu il 13 oktyabrda Goranboy rayonu 58-ci kvartalda 2 vətəndaşa hərəsi 8 sot olan 2 torpaq sahəsinin çıxarışı verilir. Bu dəfə də həmin vətəndaşlar Gültəkin Hacıbəyli və onun atasıdır. Bu da həmin torpaq sahələrinin hüquqi sənədləri:





Bu isə əslində çörəyi torpaqdan çıxan kəndlilərə məxsus olan, lakin Gültəkin Hacıbəylinin deputatlıq dövründə mülkiyyət hüquqlarını atası Yunis Hacıyevin adına qeydiyyatdan keçirdirdiyi Goranboy rayonu, Nadirkənd kəndindəki 5 hektarlıq torpaq sahəsinin sənədi.



Öncəki yazımızda da məlumat verdiyimiz kimi, Gültəkin Hacıbəyli millət vəkili olduğu dövrdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 2 torpaq sahəsi əldə etmişdi. Özü də nə az, nə çox – 3,24 və 1,76 hektar. Təbii ki, yenə də atasının adına rəsmiləşdirməklə. Həmin torpaq sahələrinin də sənədlərini təqdim edirik. Budamı yalandır, Gültəkin xanım?



Gültəkin Hacıbəyli Avropa.info-ya cavab olaraq yazdığı facebook statusunda Xirdalanda 60 sot torpaq sahəsini icarəyə götürdüyünü də təkzib etmişdi. Özü də Hacıbəyli xüsusi aqresiya ilə bizdən müvafiq sənədlərin təqdim edilməsini tələb etmişdi. Buyurun, Gültəkin xanım, bu da deputatlıq dövründə qanunsuz olaraq ələ keçirib, bacınızın adına rəsmiləşdirdiyiniz Xirdalandakı 60 sot torpağın sənədi:



Bu, əlbəttə, Gültəkin Hacıbəylinin əldə etdiyi bütün mülklərin tam siyahısı deyil. Bu istiqamətdə araşdırmamız davam edir və sabiq millət vəkilinin deputatlığı dövründə əldə etdiyi çoxsaylı mülklər, Goranboy rayonunda törətdiyi qanunsuzluqlar barədə məlumatları yaxın zamanlarda yeni faktlarla işıqlandıracağıq.

Lakin Gültəkin Hacıbəyli açıqlamalıdır: Müxalifəti yeni “Mat Tereza”sı olmağa iddia edən Hacıbəyli buyursun 10 mart mitinqində qarşısında çıxış edəcəyi insanlara millət vəkili olduğu dövrdə əldə etdiyi bu mülklərin mənbəyini açıqlasın. Axı Hacıbəyli hektarlarla mənimsənilən bu torpaqları indi guya “müdafiə etdiyini” iddia etdiyi həmin o insanların nalələrinə əhəmiyyət verməyərək, zəbt etmişdi.

Nə də olsa millət vəkilinin əmək haqqı ilə bu əmlakları əldə etmək heç cür mümkün deyildi axı…

AzVision.az


Teqlər: Müxalifət   Əmlak  





Xəbər lenti