18 ildən sonra ilk səfər - Mirziyoyev Düşənbədə

18 ildən sonra ilk səfər - Mirziyoyev Düşənbədə
  09 Mart 2018    Oxunub:1634
Özbəkistan prezidenti Şavkat Mirziyoyev son 18 ildə ilk dəfə Tacikistana səfər edib.
AzVision.az xəbər verir ki, onu Düşənbə aeroportunda Tacikistanın dövlət başçısı Emomali Rahmon qarşılayıb. Prezidentlərin əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olub. Səfər zamanı 25-dən çox sənədin imzalanması planlaşdırılır.

Qeyd edək ki, bu, sələfi İslam Kərimovun 2000-ci ilin iyununda Düşənbəyə sonuncu rəsmi səfərindən sonra Şavkat Mirziyoyevin qonşu ölkəyə ilk gəlişidir. Tacikistan prezidenti Emomali Rahmon isə Daşkəndə axırıncı dəfə 1998-ci ildə səfər edib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Özbəkistan   Tacikistan  





Xəbər lenti