“Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlıq edirik” - ATƏT-in missiya rəhbəri

“Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlıq edirik” -  ATƏT-in missiya rəhbəri
  09 Mart 2018    Oxunub:3296
"Qiymətləndirici missiya ilk dəfə Azərbaycana fevral ayında səfər edib və burada seçki mühiti və seçki hazırlığı ilə bağlı vəziyyəti öyrənib. Bizi seçkiləri müşahidə etmək üçün Azərbaycan hökuməti dəvət edib"
AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri xanım Corien Jonker jurnalistlərə açıqlamasında bildirib.

"Bu, 1995-ci ildən sonra Azərbaycanda izləyəcəyimiz 10-cu seçki olacaq. Biz səmərəli şəkildə Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Əsas müşahidə heyəti 11 beynəlxalq ekspertdən ibarətdir. Gələn həftə 20 uzunmüddətli müşahidəçi Azərbaycana səfər edəcək. Bu müşahidəçilər seçkilərə hazırlığı və milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq. Seçkilərdən bir neçə gün öncə isə 280-ə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbayacana gələcək .Seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər", -deyə C.Jonker vurğulayıb.

Onun sözlərinə görə, seçkilərdən sonra ATƏT DTİHB-in aralıq hesabatı açıqlanacaq. 8 həftə sonra isə Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərə dair yekun hesabat yayımlanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti