Yazın gəlişinin dəqiq vaxtı - 20 mart, saat 20:15

Yazın gəlişinin dəqiq vaxtı - 20 mart, saat 20:15
  09 Mart 2018    Oxunub:3814
Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da gələcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov AzərTAc-a bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir:
“Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.

AzVision.az


Teqlər: AMEA   Şamaxı   Rəsədxana  





Xəbər lenti