Mübariz Qurbanlıya sualı olanların diqqətinə!

Mübariz Qurbanlıya sualı olanların diqqətinə!
  09 Mart 2018    Oxunub:1075
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 14-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Qəbul Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunun akt zalında (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450) saat 11:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Mübariz-Qurbanlı   Qəbul   Görüş  





Xəbər lenti