Ötən gün 108 cinayət törədilib, 35 nəfər saxlanılıb

Ötən gün 108 cinayət törədilib, 35 nəfər saxlanılıb
  10 Mart 2018    Oxunub:2327
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların 28-i “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti