Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi - FOTOLAR (Yenilənib)

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi - FOTOLAR (Yenilənib)
  10 Mart 2018    Oxunub:5288
Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.
AzVision.az xəbər verir ki, səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Bununla Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb.

***
Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

AzVision.az xəbər verir ki, müraciəti Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub. Ölkə başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.











Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

***
Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayıb.

AzVision.az-ın məlumatına görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir.

Qeyd edək ki, qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Qurultay     Jurnalist  





Xəbər lenti