Naxçıvan əhalisinin sayı artıb

Naxçıvan əhalisinin sayı artıb
  10 Mart 2018    Oxunub:1142
1 yanvar 2018-ci il tarixə olan məlumata görə, muxtar respublikada əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 60 min 994 nəfər artaraq 452 min 831 nəfər olub.
AzVision.az xəbər verir ki, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.

Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olub ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir, bir kvadratkilometrə 485 nəfər düşür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti