Azərbaycanda Şri-Lanka vətəndaşları tutulub - Fotolar

Azərbaycanda Şri-Lanka vətəndaşları tutulub - Fotolar
  10 Mart 2018    Oxunub:2034
Dörd əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.



Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində tutulub.



9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb. Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti