Bu il keçiriləcək Futbol üzrə Dünya Çempionatının himni - VİDEO

  10 Mart 2018    Oxunub : 2347
Bu il keçiriləcək Futbol üzrə Dünya Çempionatının himni - VİDEO
Amerikalı müğənni Jason Derulo “Youtube” sosial şəbəkəsində Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatının rəsmi himnini yayımlayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, kompozisiya “Colors” (Rənglər) adlanır. Derulo mahnını çempionatın açılışında oxuyacaq.



Qeyd edək ki, 2018-ci il futbol üzrə Dünya çempionatı ilk dəfə Rusiyada keçiriləcək. Turnir iyunun 14-də Rusiya - Səudiyyə Ərəbistanı oyunu ilə başlayacaq. Final oyunu isə iyunun 15-də baş tutacaq. Oyunlar Rusiyanın 11 şəhəri, 12 stadionunda keçiriləcək

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya