MSK 22 mindən çox müşahidəçini qeydiyyata alıb

MSK 22 mindən çox müşahidəçini qeydiyyata alıb
  10 Mart 2018    Oxunub:1756
Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu günədək 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi deməkdir.

MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi qeydə alınıb.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti