Sumqayıtda “OKA” "Hyundai"la toqquşub, ölən var

  12 Mart 2018    Oxunub : 724
Sumqayıtda “OKA” "Hyundai"la toqquşub, ölən var
Sumqayıtda qəza nəticəsində 27 yaşlı oğlan ölüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobilinin toqquşması baradə məlumat daxil olub. Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az

Teqlər: Qəza   Sumqayıt   FHN