Prezidentliyə namizədlərin qeydə alınması üçün son gün

Prezidentliyə namizədlərin qeydə alınması üçün son gün
  12 Mart 2018    Oxunub:1384
Bu gün Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyin qeydə alınması üçün seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.
AzVision.az-ın məlumatına görə, Təqvim Planına əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış MSK-ya təqdim edilməlidir.

Növbədənkənar prezident seçkiləri 11 aprel tarixinə təyin edildiyindən sənədlərin təqdim edilməsi üçün car ilin fevralın 20-dən martın 12-si saat 18.00-dək vaxt müəyyən edilib.

Qeyd edək ki, MSK tərəfindən indiyədək 7 nəfərin namizədliyi qeydə alınıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti