Nyu-Yorkda helikopter qəzaya düşdü – Ölənlər var (VİDEO)

Nyu-Yorkda helikopter qəzaya düşdü – Ölənlər var (VİDEO)
  12 Mart 2018    Oxunub:2888
Nyu-Yorkda helikopter qəzaya uğrayıb.

AzVision.az “NBC” telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində beş nəfər həlak olub.
Məlumata əsasən, helikopter İst-River boğazına düşüb. Nyu-York polisi və yanğınsöndürmə xidmətinin birgə yaydığı məlumatda qeyd olunub ki, qəza zamanı helikopterin göyərtəsində 6 nəfər olub. İki nəfər qəza yerində, üç nəfər isə xəstəxanada ölüb. Bir nəfərin isə taleyi məlum deyil.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Nyu-York   Helikopter   Qəza  





Xəbər lenti