Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib

  12 Mart 2018    Oxunub : 662
Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib
Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.

AzVision.az

Teqlər: DSX   Balıqçı