Ulduzlar Elnurun klip təqdimatında – FOTOLAR

Ulduzlar Elnurun klip təqdimatında – FOTOLAR
  12 Mart 2018    Oxunub:4463
Tanınmış müğənni Elnur Hüseynov yeni klipini təqdim edib. Məşhur hotellərin birində keçirilən tədbirə şou-biznesin tanınmış simaları qatılıblar.
Cəlal Qurbanovun təşkil etdiyi gecədə Elnur Hüseynov və Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən Fidan Hüseynovanın “Say Hallelujah” adlı klipi təqdim edilib.



Gecənin aparıcılığını edən Ranar Musayev bildirib ki, bu layihə bəşəridir: “Bu, iki Azərbaycan insanının dünyaya, dünyanı idarə edən qüvvələrə göndərdiyi mesajdır. Bu mesajla dünyadan yalnız haqq, ədalət və əmin-amanlıq istədiyimizin söyləyirik”.



Klipi ərsəyə gətirən rejissor Ülviyyə Könül belə bir layihədə iştirakdan məmnunluq duyduğunu deyib. Mahnının həm ifaçısı, həm də bəstəkarı olan Elnur Hüseynov isə həmkarlarını birliyə səsləyib.



“5-ci element”in sevilən siması Kamilə Babayeva isə şeirin müəllifi, AYB üzvü və şair Cəlal Qurbanov barədə səsləndirdiyi fikirlərlə zalı gülüşə qərq edib: “Cəlal həmrəyliyə çağırmağı bacarır. Onun tədbirlərində birlik var. İnsanlar halay çəkmək, tonqal qalamaq istəyir”.



Qeyd edək ki, “Nuar” janrında olan klipdə Elnur Hüseynovun performansı diqqət çəkib. Şeirin azərbaycandilli versiyasına Hakan Erol musiqi bəstələyib.





Teqlər:





Xəbər lenti