Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirildi - FOTOLAR

  13 Mart 2018    Oxunub : 2365
Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirildi - FOTOLAR
Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzVision.azxəbər verir ki, konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə baş tutub.

Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək.



A.Quliyev çıxışında deyib: “İpək Yoluna Dəstək Qrupunun missiyasına maraq artıb. Hesab edirəm ki, İpək yolu konsepsiyası tam gücü ilə işləyərsə, əməkdaşlıq daha sıx olar. ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfranda Bakı Bəyannaməsini müzakirə edib, qəbul edəcəyik”.



A.Quliyev, həmçinin qeyd edib ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb: “Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir”.



Tədbridə ATƏT PA-nın sədri Georgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç, xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhuan və millət vəkilləri iştirak edirlər. İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.










Müxbir: Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az

Teqlər: ATƏT   İpək-Yolu   Azay-Quliyev