“Biz əcdadlarımızın yolundan istifadə edirik” - İvan Brayoviç

“Biz əcdadlarımızın yolundan istifadə edirik” - İvan Brayoviç
  13 Mart 2018    Oxunub:1502
“Tarix bizə öyrədir ki, insanlar öz daxilində körpüləri tikməlidir. Beyin və ürək arasında körpülər yaradılmalıdır. Bundan sonra icmalar, ölkələr arasında körpülər yaradıla bilər. Şəxs özündən başqa heç kimi tanımırsa o bütün sərvətinə rəğmən kasıb qalacaq və belə də öləcək. Bu, ölkələrə də aiddir. Ölkələr əlaqələr qurmasa o öləcək”.
AzVision.az xəbər verir ki, bunu Monteneqro parlamentinin sədri İvan Brayoviç ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi ölkə Şərq-Qərb arasında önəmli rol oynayır:

“Biz əcdadlarımızın yolundan - İpək Yolundan istifadə edirik. Çalışmalıyıq ki, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün daha da geniş imkanlar yaradaq. Biz ölkələri qlobal məqsədlərə yönəltməliyik. İpək Yolu böyük bir rabitədir. Bu konfransın məqsəd və hədəfləri də realdır, virtual deyil. Yeni İpək Yolunun yaradılması təşəbbüsü regionun inkişafı üçün katalizator olacaq. Vəzifəmiz İpək Yolunun həm Şərq, həm də Qərb üçün rentabelli olacağı mühiti yaratmaqdır. Tərəfmüqabilləri imkan verir ki, biz Şərqi və Qərbi daha da yaxınlaşdıraq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Monteneqro   ATƏT   İpək-Yolu  





Xəbər lenti