Dilqəm Əsgərovla bağlı 70 ölkəyə məlumat göndəriləcək

Dilqəm Əsgərovla bağlı 70 ölkəyə məlumat göndəriləcək
  13 Mart 2018    Oxunub:2151
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovla bağlı 70 ölkəyə müraciət ünvanlanacaq.

Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
Onun sözlərinə görə, müraciətdə Dilqəm Əsgərovun qanunsuz şəkildə öz doğma torpaqlarında girov götürüldüyü, ona ermənilər tərəfindən amansız işgəncələr verildiyi haqda məlumatlar yer alacaq. K.Əsgərov hazırda bununla bağlı işlərin aparıldığını deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Girov   Kəlbəcər  





Xəbər lenti