Mingəçevir "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb

Mingəçevir "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb
  13 Mart 2018    Oxunub:3940
Mingəçevir "ASAN xidmət" mərkəzi ötən gündən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov AzVision.az-a bildirib ki, ötən gün xidmət mərkəzinə 600 müraciət daxil olub. Onun sözlərinə görə, bu gün günün birinci yarısına qədər Mingəçevir "ASAN xidmət" mərkəzinə 400 müraciət ünvanlanıb.

A.Hüseynov qeyd edib ki, Mingəçevir "ASAN xidmət" mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 340 minə yaxın vətəndaşa xidmət göstərir.

Şöbə müdiri əlavə edib ki, hazırda ölkə üzrə 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "5-i Bakıda, digər 8-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevir şəhərlərində yerləşir. 2020-ilə qədər daha 7 "ASAN xidmət" mərkəzi tikiləcək. Bu il İmişli və Şəkidə xidmət mərkəzlərinin istifafəyə verilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə Tovuz, Ağcabədi, Kürdəmir, Cəlilabad və Şamaxı mərkəzləri tikiləcək".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ASAN-Xidmət   Anar-Hüseynov  





Xəbər lenti