Əfv Komissiyası niyə toplanmır? - AÇIQLAMA

Əfv Komissiyası niyə toplanmır? - AÇIQLAMA
  13 Mart 2018    Oxunub:4223
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev komissiyanın son günlər iclaslarının keçirilməməsinə aydınlıq gətirib.
Ə.Nuriyev məsələ ilə bağlı AzVision.az-a bildirib ki, hazırda komissiya fasiləsiz iş aparır.

“Əfvlə bağlı müraciətlərə baxılması üçün müvafiq sənədlər toplanmalı, arayışlar hazırlanmalıdır. Bura müxtəlif qurumlardan rəylərin alınması da daxildir. Sənədlər hazırlanıb başa çatdıqdan sonra komissiyanın iclaslarında müraciətlərə baxılır. Proses bir qədər diqqətlə aparılmaldır. Ona görə də gərgin iş gedir. Müraciətlər tam hazır olduqdan sonra komissiyanın iclasları keçirilir. Bu baxımdan proses davam etməkdədir”, - deyə Ə.Nuriyev bildirib.

Qeyd edək ki, ümumilikdə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub və onlardan 500-ə yaxınına baxılıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv-Komissiya   Əliməmməd-Nuriyev  





Xəbər lenti