Zakir Həsənov təlimləri izlədi - VİDEO, FOTOLAR

Zakir Həsənov təlimləri izlədi  - VİDEO, FOTOLAR
  13 Mart 2018    Oxunub:4003
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.




AzVision.az

Qalereya




Teqlər: MN   Təlim   Zakir-Həsənov  





Xəbər lenti