Prezident Gənclər Fonduna yeni direktor təyin etdi

Prezident Gənclər Fonduna yeni direktor təyin etdi
  13 Mart 2018    Oxunub:1899
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fonduna yeni icraçı direktor təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti