Əli Kərimli YAP-çı deputatla bağlı yalan məlumat yaydırıb
AzVision.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkədəki hesabında yazıb.
Girib baxdım, mənimlə bağlı yalan bir xəbər paylaşıblar. 11 martda Yevlaxda məktəbliləri daşıyan avtobus qəzaya düşəndə mən gün ərzində beş ağır yaralının yerləşdirildiyi Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxladım və yenilikləri səhifəmdə bölüşdüm.
Bu gün axşam isə yuxarıda adı çəkilən feysbuk səhifəsi mənim həmin paylaşımımı tam dəyişərək yazmadığım fikirlərlə status paylaşıb və onu müzakirəyə çıxarıb. Müzakirəyə qoşulanlar isə mənim səhifəmi oxumadam gözlərini yumub ...
Bildirim ki, həmin səhifə müxalif "Azadlıq" qəzetinin rəsmi feysbuk səhifəsidir. Radikal müxalifətçi Əli Kərimlinin rəhbərlik etdiyi "Azadlıq" qəzetinin feysbuk səhifəsi. Artıq yalana və şərə keçiblər. Fikirləşirlər ki, oxuyanlardan beşi inansa belə qazancımızdır".
AzVision.az
Teqlər: Aydın-Mirzəzadə YAP Azadlıq-Qəzeti Facebook