Elmar Vəliyev görüş keçirdi

Elmar Vəliyev görüş keçirdi
  14 Mart 2018    Oxunub:1517
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ElmarVəliyev növbəti vətəndaş qəbulu keçirib. Qəbula şəhərin hüquq mühafizə orqanları, icra strukturları rəhbərləri və 100 nəfərdən artıq vətəndaş qatılıb.
İH-dən AzVision.az-a daxil olan xəbərə görə, qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərlə bağlı şəhər rəhbərinə müraiət ediblər. Müraciətlər əsasən dam örtüyünün təmiri, torpaq sahəsi və işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik, eyni zamanda kommunal problemlər- ən əsası da qaz sayğaclarının quraşdırılması ilə bağlı olub.

E. Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib. Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların müraciətlərinə baxılmasının nəticələri:

müsbət həll olundu - 53 nəfərin məsələsi
müvafiq izahat verildi - 39 nəfərin məsələsi
əsassız sayıldı - 2 nəfərin məsələsi
müraciət aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərildi - 7 nəfərin məsələsi
İcraya götürüldü - 2 nəfərin məsələsi

AzVision.az



Teqlər: Gəncə   Qəbul  





Xəbər lenti