Bakı və Abşeronda sürüşmə aktivləşib

Bakı və Abşeronda sürüşmə aktivləşib
  14 Mart 2018    Oxunub:1424
Ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti Bakıda və Abşeron yarımadasında mövcud torpaq sürüşməsi sahələrinin nisbi aktivləşməsinə səbəb olub.
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Zığ , “Zəli” gölü və Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir.

“Son günlər havaların yağmurlu keçməsi ənənəvi sürüşmə sahələrində nisbi aktivliyə səbəb olub. Lakin Bayıl sürüşmə sahəsində vəziyyət stabildir və ciddi dəyişiklik yoxdur. Orada qoyulan mayaklarda, tirlərdə artım müşahidə edilməyib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti