Azərbaycan və Türkiyənin Baş nazirləri görüşüb
Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən Baş nazir Binəli Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğuladı. Binəli Yıldırım Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd etdi. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini dedi. Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd etdi.
Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirdi.
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan Binəli-Yıldırım