Zakir Həsənov silah və hərbi texnikaya baxış keçirdi - VİDEO

Zakir Həsənov silah və hərbi texnikaya baxış keçirdi - VİDEO
  14 Mart 2018    Oxunub:2088
Genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.
AzVision.az xəbər verir ki, müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.





AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim   Zakir-Həsənov  





Xəbər lenti