İlham Əliyev Putin və Heydər Əliyevin ilk görüşündən danışdı - VİDEO

İlham Əliyev Putin və Heydər Əliyevin ilk görüşündən danışdı - VİDEO
  16 Mart 2018    Oxunub:23225
Azərbaycan prezidenti İlham Əliyev jurnalist Andrey Kondraşovun “Putin” filmində Azərbaycan – Rusiya əlaqələrinin inkişafı və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin rolu barədə danışıb.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

“Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Rusiya əlaqələri kardinal şəkildə dəyişdi. Xüsusilə atam Heydər Əliyevin Rusiya lideri ilə ilk görüşü xatirəmdə qaldı”, - deyə İlham Əliyev vurğulayıb.

Həmin vaxt Heydər Əliyev Azərbaycan prezidenti idi. İlham Əliyev xatırlayır ki, ilk görüş uzun çəkib: "Atam uzun müddət Rusiya prezidenti ilə görüş təəssüratlarından danışırdı”.



“Təbii ki, onları çox şey birləşdirirdi. Onlar eyni məktəbdə - KQB-nın Leninqrad Ali məktəbində oxuyublar. Onlar bir-birilərini çox yaxşı anlayırdılar və inam əsasında qarşılıqlı münasibət yaradıblar”, - deyə Azərbaycan prezidenti bildirib.

İlham Əliyev, həmçinin əlavə edib ki, atasının fikrincə, “Azərbaycan Putinin simasında etibarlı tərəfdaş əldə edib”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   HeydərƏliyev   İlhamƏliyev  





Xəbər lenti