256 401 məcburi köçkün sığortalanıb

256 401 məcburi köçkün sığortalanıb
  16 Mart 2018    Oxunub:1388
“İcbari tibbi sığortanın təötbiq edildiyi ilk gündən etibarən bu günə qədər pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan lərin ümumi sayı 256 401 nəfər təşkil edib”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

“Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb. Həmçinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb. Həyata keçirilmiş cəmi əməliyyatların sayı 8274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilib.

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il ilə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib”.

Məlumatda qeyd edilib ki, pilot layihənin həyata keçirildiyi müddətdə xidmətə görə ödəniş mexanizminin əsası qoyulub, işçilərin əmək haqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib: “Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Tibbi-müayinə   Tibbi-Sığorta  





Xəbər lenti