“ASAN xidmət”də daha bir xidmət
Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişıq” ASC-yə təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.
Beləliklə, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 1-ə çatdı. Həmin xidmətlər isə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart-kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart-karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.
AzVision.az
Teqlər: ASAN-Xidmət Azərişıq