Ölkədə ölüm və doğum azalıb

Ölkədə ölüm və doğum azalıb
  16 Mart 2018    Oxunub:1889
Cari ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib. Doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvarında doğulanların sayı 241 nəfər azalıb.

2018-ci ilin yanvar ayında ölkədə 5284 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. Ölənlərin sayı 2017-ci ilin yanvar ayı ilə müqayisədə 801 nəfərə - 13,5 faiz azalıb.

AzVision.az


Teqlər: DSK   Doğum   Ölüm  





Xəbər lenti