Qarabağ qazisi baş nazirlə görüşdü: "Afrinə getmək istəyirəm" (FOTO)

Qarabağ qazisi baş nazirlə görüşdü: "Afrinə getmək istəyirəm" (FOTO)
  16 Mart 2018    Oxunub:7192
Qarabağ qazisi Kamil Musəvi ötən gün Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

AzVision.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, görüş zamanı K.Musəvi Türkiyə baş nazirini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
“Sizi burada görməkdən qürur duyuruq. Allah sizləri var etsin”, - K.Musəvi deyib.

B.Yıldırım isə bildirib ki, Qarabağdakı döyüşlərdə ayağını və gözünü itirməsinə baxmayaraq, Musəvi əzmindən və davasından heç nə itirməyib. Bu sözlərdən sonra Musəvi deyib: “Ayaqsız və gözsüz yaşamaq olar, amma vətənsiz yaşamaq mümkün deyil”.

Cavabında B.Yıldırım söyləyib: “Bu sevginin olduğu müddət ərzində kimsə bizə zərər verə bilməz”.

Qarabağ qazisi Afrinə getmək istəyini diqqətə çatdırıb. Musəviyə cavabında baş naziri bildirib ki, “Qardaşların, Afrində dastan yazır. Narahat olma, inşallah Qarabağ da bir gün azad olunar”.

Görüş zamanı B.Yıldırım Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından ibarət plaket hədiyyə edib.



Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti