Ötən il “ASAN xidmət” 646 min nəfərə şəxsiyyət vəsiqəsi verib

Ötən il “ASAN xidmət” 646 min nəfərə şəxsiyyət vəsiqəsi verib
  16 Mart 2018    Oxunub:1497
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646.242 şəxsiyyət vəsiqəsi verilib.
AzVision.az xəbər verir ki, bunu Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov deyib. Onun sözlərinə görə, şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş, o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

AzVision.az



Teqlər: ASAN-Xidmət   Passport   DİN  





Xəbər lenti