“Qəzet kağızı ƏDV-dən azad olunmalıdır” - Əflatun Amaşov

“Qəzet kağızı ƏDV-dən azad olunmalıdır” - Əflatun Amaşov
  16 Mart 2018    Oxunub:1259
“Ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, verginin tətbiqinə başlanılıb. Əslində vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm təxminən yarım milyona qədərdir”.
AzVision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, əlavə dəyər vergisi medianın iqtisadi durumuna mənfi təsir edir: “İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması ümün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əflatun-Amaşov  





Xəbər lenti