İlham Əliyev Nepal prezidentinə məktub göndərib

İlham Əliyev Nepal prezidentinə məktub göndərib
  16 Mart 2018    Oxunub:1196
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti