Məktəblərdə Novruz tətili günləri açıqlandı
"Belə ki, bütün ümumtəhsil məktəblərində mart ayının 19-u dərs günüdür. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq"- nazirliyin məlumatında qeyd olunub.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Məktəb Tətil