Prezident irlandiyalı həmkarını təbrik edib

Prezident irlandiyalı həmkarını təbrik edib
  16 Mart 2018    Oxunub:1159
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti