"Ermənistan bir əski parçasıdır…" - Erməni ekspert ölkəsini tənqid etdi (VİDEO)
O, ölkəsində baş verən özbaşınalıqları bütün çılpaqlığı ilə etiraf edib və Ermənistanı iqtisadiyyatı olmayan, dövlət institutları fəaliyyət göstərməyən, qeyri-legitim addımlar atan ölkə adlandırıb.
Xaçataryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Onun fikrincə, Rusiya özünə güclü və etibarlı partnyor tapıb və artıq neçə illərdir məhz Azərbaycanla əməkdaşlıq edir. O, Ermənistanı bir tərəfdaş olaraq narkoman və əyyaşla müqayisə edib.
Arbak Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına alaraq, ailələrini Ermənistanda qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. (Xəzər TV)
AzVision.az
Teqlər: Ermənistan Ekspert