Milli komandamızın futbolçusu özünü güllələdi - VİDEO

Milli komandamızın futbolçusu özünü güllələdi - VİDEO
  17 Mart 2018    Oxunub:28014
Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Hadisə rayonun Şorsu kəndində qeydə alınıb. Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb.
Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O, mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb. (ARB TV)



AzVision.az


Teqlər: Şəki   İntihar  





Xəbər lenti