Yol polisi gücləndirilmiş iş rejiminə keçir - Sürücülərin diqqətinə!
"Təhlillər göstərir ki, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir".
Qeyd olunub ki, belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.
AzVision.az
Teqlər: DYP