Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir veriləcək

Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir veriləcək
  17 Mart 2018    Oxunub:2098
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.
AzVision.az-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, püşkatma mərasimi Komissiyanın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   İTV  





Xəbər lenti