Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - ADLAR

  17 Mart 2018    Oxunub : 5178
Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - ADLAR
Azərbaycanda 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.
AzVision.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.

MSK Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.

Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova vurğulayıb ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. MSK məsələni səsə qoyaraq qəbul edib.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin qeydə alınması məsələsi müzakirə olunub. A. Muxtarovanın sözlərinə görə, prezidentliyə namizədin qeydə alınmasından imtina edilməsi barədə əsaslar mövcuddur. MSK məsələni səsə qoyaraq qəbul edib. Bununla da namizədlərin qeydə alınması başa çatıb.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər:

1. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,

2. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,

3. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,

4. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,

5. Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,

6. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,

7. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc

8. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSK   Seçki